AZ

Sahibə Qafarova Cənubi Afrikada G20-də çıxış edib

Sahibə

Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrikaya işgüzar səfəri çərçivəsində “Böyük iyirmilik” ölkələrinin (G20) Parlament Sədrlərinin 11-ci Sammitində (P20) “Fəlakətlərə qarşı dayanıqlığın və cavab tədbirlərinin gücləndirilməsi” mövzusu üzrə çıxış edib.

Reyting.az
xəbər verir ki, Milli Məclisin sədri heç bir ölkənin iqlim dəyişikliyinin nəticələrindən sığortalanmadığını bildirib.

Spiker çıxışında fəlakətlərə və iqlim təsirlərinə qarşı zəruri cavab tədbirlərinin görülməsində parlamentlərin roluna toxunaraq, deyib ki, bu çərçivədə qanunvericilik prosesləri reaktiv deyil, proaktiv xarakter daşımalı, iqlim dəyişikliyinə qarşı adaptasiyanı və risklərin azaldılmasını ümumi yanaşma kimi əks etdirməlidir. Onun sözlərinə görə, bu, həm də Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə xidmət edəcək.

S.Qafarova Milli Məclisin artıq ətraf mühit, torpaq, su, meşə, kənd təsərrüfatı, mülki müdafiə və digər sahələr üzrə iqlim dəyişikliyinin mənfi təsirlərinə hazırlıq üçün əsas yaradan çoxsaylı qanunlar qəbul etdiyini söyləyib.

Spiker ötən ilin noyabrında Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə ən uğurlu COP-lardan birinə – COP29-a ev sahibliyi etdiyini xatırladaraq, deyib ki, ölkəmiz ümumi məqsədlərin həyata keçirilməsi naminə Qlobal Cənub və Qlobal Şimal arasında daha güclü körpülər qurmağı, xüsusilə inkişaf etməkdə olan ölkələrin səslərinin eşidilməsini təmin etməyi bacardı.

Spiker Sahibə Qafarova, həmçinin diqqətə çatdırıb ki, Milli Məclis Parlamentlərarası İttifaqla birlikdə, COP29 çərçivəsində iqlim dəyişikliyinə qarşı parlament səylərinin birləşdirilməsinə yönəlmiş Parlament iclasına da ev sahibliyi edib.
Seçilən
21
9
reyting.az

10Mənbələr