AZ

Azərbaycan və Özbəkistan arasında parlamentlərarası əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı. Trend:

Oktyabrın 2-də Azərbaycan və Özbəkistan parlamentlərindəkiqarşılıqlı dostluq qruplarının onlayn görüşü keçirilib.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətləəlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Milli Məclisin İntizam komissiyasının sədri,parlamentin Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçiqrupunun rəhbəri Eldar İbrahimov görüşdə çıxış edib.

Azərbaycan və Özbəkistan arasında diplomatik münasibətlərinqurulmasının 30 illiyi münasibəti ilə təbriklərini çatdırankomissiya sədri bildirib ki, prezidentlərimiz arasındakı qardaşlıqmünasibətləri və fəal siyasi dialoq sayəsində bu gün bir çoxsahələrdə əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf etməkdədir.Eldar İbrahimov yüksək səviyyəli əlaqələrin parlament müstəvisindədə uğurla davam etdirildiyini deyərək, parlamentlərimiz arasındaqurulan səmərəli əməkdaşlıq münasibətləri, parlamentarilərimizinbeynəlxalq təşkilatlarda və digər platformalarda birgə fəaliyyətibarədə fikirlərini bölüşüb.

Tədbirdə Özbəkistan Ali Məclisinin Azərbaycanlaparlamentlərarası əlaqələr üzrə dostluq qrupunun həmsədrləri –senator Odiljon Mamatkarimov və deputat Alişer Kodirov çıxış edərəkdövlət başçılarımızın siyasi iradəsi sayəsində möhkəm dostluq vəqardaşlıq üzərində qurulan Azərbaycan-Özbəkistan münasibətləriningenişləndirilməsi, bu istiqamətdə parlamentlərimizin verə biləcəyitöhfələr barədə danışıblar.

Sonra hər iki tərəfdən parlamentlərarası əlaqələr üzrə qruplarınüzvləri - Musa Quliyev, Günay Əfəndiyeva, Elman Nəsirov və MunojatYolçuyeva qanunvericilik orqanlarında dostluq qruplarınınqarşılıqlı fəaliyyətinin əhəmiyyəti, parlament strukturlarıarasında əməkdaşlığın və təcrübə mübadiləsinin inkişaf etdirilməsibarədə düşüncələrini bildiriblər.

Söhbətdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafındafikir mübadiləsi aparılıb.

Seçilən
17
6
az.trend.az

7Mənbələr