AZ

Coninin daha bir neçə konserti təxirə salındı

Axsham.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiyada məşhurlaşan Azərbaycan əsilli müğənni Coni (Cahid Hüseynli) Türkiyədəki konsertlərini ləğv edib.

Axşam.az xəbər verir ki, sənətçi bu haqda özü məlumat yayıb. O bildirib ki, buna səbəb təşkilatçı olub. Coni təşkilatçının səhhətində problem yarandığını, hazırda xəstəxanaya yerləşdirildiyini vurğulayıb. 

"Anlayışınız üçün təşəkkür edirəm. Konsert başqa tarixə salınacaq. Alınan biletlər isə geri qaytarılır" deyə, sənətçi bildirib.

Qeyd edək ki, Coni İstanbul və Antalyada konsert verməyi planlaşdırırdı.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
34
2
axsam.az

3Mənbələr