Revanşist mövqeyi ilə tanınan və hələ də Qarabağın işğalı ideyasını müdafiə edən bədnam Ayakve təşkilatı cəmiyyətdə apardığı sorğuların nəticələrini açıqlayıb.
Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Ayakve-nin iddiasına görə, sorğular erməni cəmiyyətində Qarabağın itirilməsini müvəqqəti hadisə kimi qəbul edənlərin sayının artdığını göstərib. İlk mərhələdə respondentlərin 80 faizi bu fikirdə idisə, daha sonra bu rəqəm 82, sonra 85 faizə yüksəlib. Bu ilin iyulunda isə artıq 91 faiz iştirakçı Ermənistanın güclənərək Qarabağı geri qaytaracağına inandığını bildirib.
Musavat.com