AZ

İstanbul Valiliyi: Mərmərə zəlzələsi ilə bağlı mənfi hal qeydə alınmayıb

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İstanbul, 2 oktyabr, Günel Karatepe, AZƏRTAC

İstanbul Valiliyi Mərmərə dənizində baş verən zəlzələ ilə bağlı açıqlama yayıb. Bildirilib ki, Tekirdağın Marmaraereğlisi sahillərində qeydə alınan 5 bal gücündəki zəlzələ ilə əlaqədar İstanbulda hər hansı mənfi hal barədə məlumat daxil olmayıb.

AZƏRTAC xəbər verir ki, valilik vətəndaşlara ehtimal olunan zədəli tikililərə yaxınlaşmamağı və yalnız səlahiyyətli qurumların açıqlamalarını izləməyi tövsiyə edib.

Daxili işlər naziri Ali Yerlikaya isə qeyd edib ki, AFAD-la yanaşı, Türkiyənin bütün aidiyyəti qurumları sahə yoxlamalarına başlayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
1
azertag.az

2Mənbələr