AZ

“Neftçi” Samir Abasovdan istədiyini ala bilmir: “Bunun bəraiti yoxdur” - VİDEO

"Samir Abasovun durumu lap ağırlaşacaq".

Bu fikirlər futbol eksperti Emin Abbasova aiddir.

ATV kanalında yayımlanan "Futbolumuz" verlişində danışan teleşərhçi "Neftçi"nin Premyer Liqanın son turunda "Karvan"la qolsuz bərabərə qalmasına görə baş məşqçini kəskin tənqid atəşinə tutub.

Efirlərin tanınan siması bildirib ki, Samir Abasov transfer məsələlərində ciddi səhvlərə yol verib.

Paytaxt təmsilçisinin bu yay 14 yeni oyunçu ilə anlaşdığını xatırladan ekspert qeyd edib ki, bütün mövqelərə "əl gəzdirilsə" də, hücum xətti yaddan çıxıb.

"Neftçi"nin futbol oynaya bildiyini, lakin qol vurub nəticə qazanmağa çətinlik çəkdiyini vurğulayan E.Abbasov hesab edir ki, qarşıdakı 3 turda da uğursuzluq zolağından çıxmasa, çalışdırıcı vəzifəsini itirmək təhlükəsi ilə üzləşəcək.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Seçilən
11
sportinfo.az

1Mənbələr