AZ

Bakı ilə İrəvan arasında sülh... Alen Berse

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması Cənubi Qafqazda sabitliyin mühüm elementidir.

Globalinfo.az “Report”a istinadən bildirir ki, bunu Avropa Şurasının baş katibi Alen Berse Kopenhagendə azərbaycanlı jurnalistlərə açıqlamasında deyib.

“Cənubi Qafqazda sülhün bərqərar olması Azərbaycanla Ermənistan arasında irəliyə doğru atılmış mühüm addımdır. Bu addım Cənubi Qafqazda sakitlik və sabitlik əldə etməyə imkan verir, bu, bütün regionun əhalisi üçün müsbət perspektivlər yaratmağın yeganə yoludur”, – o bildirib.

Berse həmçinin təşkilatın baş katibi kimi Cənubi Qafqazın hər üç ölkəsini ziyarət etdiyini vurğulayıb.

“Mən Cənubi Qafqazda müxtəlif tərəflərlə mütəmadi olaraq əlaqə saxlayıram, çünki bu region Avropa Şurası və bütün Avropa qitəsi üçün son dərəcə vacibdir”, – o əlavə edib.

Baş katib həmçinin Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü şərh edib: “Biz birlikdə işləyirik. Nyu-York görüşü yaxşı keçdi. Bu, maraqlı görüş və məlumat mübadiləsi oldu”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
36
globalinfo.az

1Mənbələr