AZ

Xaçmazda növbəti səyyar qəbul Qaradağ Buduq kəndində keçirilib (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Xaçmazrayon prokuroru Rəşad Məmmədov, idarə, müəssisə və təşkilatrəhbərlərinin iştirakı ilə Qaradağ Buduq kəndində səyyar qəbulkeçirib.

Trendxəbər verir ki, bu barədə Xaçmaz Rayon İcra Hakimiyyəti məlumatyayıb.

Bildirilib ki, qəbulda Hülövlü İnzibati Ərazi Dairəsi üzrənümayəndəliyinə daxil olan Qaradağ Buduq, Hülövlü, Qaradağlı,Bəyqışlaq, Canaxır, Qobuqıraq, Mehrəliqışlaq, Mürsəliqışlaq,Rəhimoba və Ustacəlilli kəndlərinin sakinləri iştirak edib.

Sakinlər elektrik təsərrüfatının yenilənməsi, yolların təmiri,məktəb binasının yenilənməsi və digər müraciətlərsəsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərininarzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edənproblemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarverib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədiləyerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət vəqayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə vəBirinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadəediblər.

Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Məqalədə:
Seçilən
31
2
az.trend.az

3Mənbələr