AZ

Putin: Trampın Rusiyanı "kağız pələng" adlandırması...

ABŞ Prezidenti Donald Trampın Rusiyanı “kağız pələng” adlandırması ironik bir məqsəd daşıya bilər.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” konfransının plenar iclasında deyib.

Sessiya zamanı moderator Fyodor Lukyanov zarafatla Rusiya liderinə Trampa “kağız pələng” kəsikləri verməyi təklif edib.

"Xeyr, bizim öz münasibətimiz var. Bir-birimizə nə verəcəyimizi bilirik. Biz bu məsələdə çox sakitik. Bilmirəm, bu, hansı kontekstdə deyilib. İroniya ilə də deyilə bilər. Ola bilər, həmsöhbətinə deyib: “Kağız pələng”, daha sonra “gedin, o zaman bu “kağız pələng”lə məşğul olun” deyib”, - deyə Putin bildirib.

Seçilən
14
1
axar.az

10Mənbələr