BAKI, 2 oktyabr. TELEQRAF
Rusiya və Ukrayna arasında eyni sayda əsir mübadiləsi həyata keçirilib.
Teleqraf xəbər verir ki, əsirləri daşıyan təyyarələr artıq Moskva və Kiyevə eniş edib.
Oktyabrın 2-dəRusiya Müdafiə Nazirliyi bəyan edib ki, Rusiya Kiyevin nəzarətində olan ərazidən 185 hərbi qulluqçusunu geri alıb və bunun müqabilində 185 ukraynalı hərbi əsiri təhvil verib.
Əsirlər tibb müəssisələrində müalicə olunacaqlar.