AZ

“Qarabağ” Çempionlar Liqasında tarix yazır

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda Azərbaycan təmsilçisi “Qarabağ” FK evdə Danimarka klubu “Kopenhagen”i 2:0 hesabı ilə məğlub edərək möhtəşəm çıxışını davam etdirib.

News24.az xəbər verir ki, bu barədə “Sözcü” qəzeti məlumat yayıb.

İlk oyunda 0:2 geridə olduğu halda “Benfika”ya qalib gələn “Qarabağ”, bu dəfə “Kopenhagen”ə şans vermədi.

Qollar:

Abdullah Zoubir – 28-ci dəqiqə

Emmanuel Addai – 83-cü dəqiqə

Bu nəticə ilə “Qarabağ” xallarını 6-ya çatdıraraq qrupda liderliyini qorudu. “Kopenhagen” isə 1 xalla qaldı.

Azərbaycan təmsilçisi növbəti turda İspaniyanın “Atletik Bilbao” klubunun qonağı olacaq.

“Heç kim belə nəticə gözləmirdi”

“Qarabağ” Çempionlar Liqasındakı 36 komanda arasında 34-cü yerdə qərarlaşıb – yəni ən aşağı büdcəyə malik klublardan biridir. Komandanın ümumi dəyəri cəmi 24,83 milyon avrodur.

Buna baxmayaraq, Ağdam təmsilçisi nəhəng klubları məğlub etməklə futbol ictimaiyyətini təəccübləndirir və Azərbaycan futbol tarixində yeni bir səhifə açır.

Xeyrənsə Piriyeva

Seçilən
116
news24.az

1Mənbələr