AZ

Baş katib: “İnanıram ki, gimnastlarımız finallarda da layiqli çıxış edəcəklər”

“Dünən təsnifat yarışları olmuşdu. Bu gün komanda finalında çıxış etdik. Sevindirici haldır ki, həm qızlar, həm də oğlanlar arasında finalda təmsil olunduq”.

İdman.biz-in məlumatına görə bunu federasiya rəsmisi jurnalistlərə açıqlamasında deyib.

“Qızların yarışında istədiyimiz nəticələri əldə etməsək də, oğlanlar bizi sevindirdilər. Azərbaycana gümüş medal qazandırdılar. Beş proqram üzrə finalda mübarizəyə davam edəcəyik. İnanıram ki, idmançılarımız layiqli çıxış edəcəklər. Şəki camaatını gimnastika yarışlarına dəvət edirəm, onları Azərbaycan idmançılarına dəstək olmağa çağırıram”, - o, bildirib.

Qeyd edək ki gimnastika yarışlarına oktyabrın 8-də yekun vurulacaq.

İdman.biz

Seçilən
21
2
idman.biz

3Mənbələr