ain.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Misirin xarici işlər naziri Bədr Abdelati bildirib ki, Qahirə Qətər və Türkiyə ilə birlikdə HƏMAS-ı ABŞ Prezidenti Donald Trampın sülh planını qəbul etməsi üçün razı salmağa çalışır.
“Qafqazinfo” xəbər verir ki, XİN rəhbəri bu barədə Fransa Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı danışıb.
“Biz HƏMAS-la görüşürük. Qətərdəki qardaşlarımız və Türkiyədəki tərəfdaşlarımızla birlikdə HƏMAS-ı bu plana müsbət cavab verməyə inandırmaq üçün koordinasiya edirik”, – deyə nazir bildirib.
O, həmçinin vurğulayıb ki, Misir Qəzza sakinlərinin köçürülməsinə qəti şəkildə qarşıdır.
“Qəzzadan əhalinin köçürülməsi baş verməyəcək. Çünki bu, Fələstin davasının sonu deməkdir. Biz buna heç vaxt icazə verməyəcəyik”, – Abdelati əlavə edib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.