AZ

48 yaşlı bu qadın tarixdə ilk dəfə xarici kəşfiyyata rəhbərlik edəcək

ain.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Britaniya kəşfiyyatının zabiti olan Bleyz Metreveli Mİ-6-nın rəhbəri vəzifəsinə təyinat alıb və o bu vəzifəni tutan ilk qadın olub.

Lent.az xəbər verir ki, “The Times” qəzetinin məlumatına görə, o, oktyabrın 1-də məxfi xidmətə beş il rəhbərlik etmiş Riçard Murdan sonra vəzifəsinin icrasına başlayıb.

48 yaşında Metreveli 1909-cu ilə qədər uzanan Mİ6-nın tarixində ən gənc rəhbərdir.

O, 1999-cu ildə xarici kəşfiyyatda işləməyə başlayıb. Metreveli vaxtının çox hissəsini Yaxın Şərqdə müxtəlif yerlərdə keçirib.

Məlumatda həmçinin bildirilir ki, o, ərəb dilini mükəmməl bilir və uşaqlıqda Səudiyyə Ərəbistanında yaşayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
6
lent.az

8Mənbələr