AZ

Kişilərin beyni axşam saat 8-dən sonra kiçilir? - Mütəxəssislər açıqladı

Kişilərin beyninin hər axşam saat 20:00-dan sonra kiçildiyi barədə iddia yayılıb. Bu paylaşım on minlərlə bəyənmə toplasa da, ekspertlər bunun qismən yanlış olduğunu bildirirlər.

E-saglam.az xəbər verir ki, 2024-cü ildə Kaliforniya Universitetinin Santa Barbara kampusunda aparılan araşdırmada 26 yaşlı sağlam bir kişi 30 gün ərzində dəfələrlə MRT müayinəsindən keçib. Tədqiqatda beynin bəzi sahələrində gün ərzində millimetr səviyyəsində həcm dəyişiklikləri müşahidə olunub. Ölçmələr səhər 07:00 və axşam 20:00-da aparılıb, çünki həmin vaxt hormon səviyyələrinin təbii dəyişkənliyi daha aydın görünür.

Araşdırma göstərib ki, beyin quruluşunda gün ərzində kiçik və müvəqqəti dəyişikliklər baş verə bilər. Lakin bu, yalnız kişilərə aid deyil, qadınlarda da oxşar təsirlər müşahidə olunub. Üstəlik, araşdırma bir nəfərin üzərində aparıldığından nəticələri bütün insanlara aid etmək düzgün deyil.

Mütəxəssislər bildirirlər ki, “kişilərin beyni hər gün saat 20:00-da kiçilir” iddiası elmi fakt kimi təqdim edilə bilməz. Bu yalnız hormonların təsiri ilə baş verən müvəqqəti dəyişikliklərdir və beynin ümumi fəaliyyətinə təsir etmir.

Nəticə etibarilə, iddianın sosial şəbəkələrdə təqdim edildiyi kimi dəqiq və ümumiləşdirilə bilən elmi əsası yoxdur.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Seçilən
21
e-saglam.az

1Mənbələr