AZ

Tramp: ABŞ narkotik tacirləri ilə silahlı münaqişədədir

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

ABŞ prezidenti Donald Tramp ölkəni narkotik tacirləri ilə silahlı münaqişə vəziyyətində olduğunu elan edib.

Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ liderinin Konqresə bildirişini əldə edən "The New York Times" (NYT) yazıb.

Qəzetin yazdığına görə, narkotik kartellərinə qarşı kampaniyanın yeni statusu Karib hövzəsində gəmilərə əvvəlki zərbələrin hüquqi əsaslandırılmasını təmin etmək məqsədi daşıyır.

Tramp bəyan edib ki, kartel nümayəndələrinin hərəkətləri ABŞ-a silahlı hücum, qaçaqmalçılar isə qeyri-qanuni döyüşçülər hesab olunacaq.

ABŞ Hərbi Dəniz Qüvvələri artıq Karib dənizində beynəlxalq sularda Venesueladan narkotik daşıdığı iddia edilən 14 nəfərlik ekipajla ən azı iki sürətli qayığı məhv edib.

Sentyabrın 23-də BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında Tramp bəyan edib ki, ABŞ Venesuelanın narkotik kartelləri ilə əlaqəsi olduğu iddia edilən gəmilərə zərbələr endirməyə davam edəcək.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
22
icma.az

10Mənbələr