AZ

Xoruldayanlara şəhərdə yaşamaq təhlükəlidir

Saglamolun saytından alınan məlumata görə, ain.az bildirir.

YUXU APNESİ HAQQINDA YENİ ARAŞDIRMATədqiqat göstərib ki, havanın yüksək səviyyədə çirkli olduğu ərazilərdə yaşayan yuxu apnesi xəstələrinin vəziyyəti daha da ağırlaşır. Hollandiyanın Amsterdam şəhərində Avropa Tənəffüs Cəmiyyətinin (ERS) Konqresində təqdim edilən beynəlxalq araşdırmaya görə, havanın çox çirkli olduğu ərazilərdə yaşayan obstruktiv yuxu apnesi (OSA) olan insanlar daha ağır simptomlarla üzləşirlər. Tədqiqata 14 ölkənin 25 şəhərində obstruktiv yuxu apnesi (OSA) olan 19 325 xəstənin məlumatları daxil edilib. İnformasiya Avropa Yuxu Apnesi Məlumat Bazasından götürülüb. Təhlil göstərib ki, böyük şəhərlərdə yaşayanların obstruktiv yuxu apnesi daha ağır simptomlar verib. Xatırladaq ki, bu xəstəlik zamanı tez-tez yüksək səslə xoruldama, yuxuda ağır nəfəs alma və qəfildən uzunmüddətli dayanmalar müşahidə edilir. Pasientlər dəfələrlə yuxudan oyadır, hətta yuxuda ikən hava çatışmazlığından həyatını itirir. Həmçinin bu xəstəliyi olanlar hipertoniya, insult, ürək-damar xəstəlikləri və 2-ci tip diabet riski də daşıyır.

Saglamolun.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
saglamolun.az

1Mənbələr