AZ

ABŞ Rusiya ilə münasibətlərin gələcəyindən danışdı

ABŞ Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna Rusiya ilə Birləşmiş Ştatlar arasında tam hüquqlu ticarət əlaqələrinin qurulmasının vacibliyini vurğulayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Konqresmen bu barədə sosial şəbəkədə paylaşım edərək bildirib ki, iki ölkə arasında ticarət münasibətlərinin olmaması üçün heç bir əsas yoxdur.

"Bu baş verməlidir. Bizim Rusiya ilə əla ticarət tərəfdaşı ola bilməməyimiz üçün heç bir səbəb yoxdur", – deyə Luna qeyd edib.

Onun bu açıqlaması Rusiya Prezidenti Vladimir Putinin ABŞ-lə münasibətlərin bərpasına dair çıxışına münasibət olaraq verilib. Oktyabrın 2-də “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında çıxış edən Putin Rusiyanın ABŞ-lə münasibətlərin bərpasında maraqlı olduğunu bildirib. Prezidentin sözlərinə görə, ABŞ, xüsusilə Donald Trampın rəhbərliyi altında, ilk növbədə öz maraqlarını əsas götürür və bu yanaşma rasional hesab oluna bilər. O əlavə edib ki, Rusiya da öz milli maraqlarını rəhbər tutur və bu maraqlardan biri ABŞ-lə münasibətlərin bərpasıdır.

Seçilən
36
operativmm.az

1Mənbələr