AZ

Putin NATO ya belə cavab verə bilər

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

“Rusiya Prezidenti Vladimir Putin Rusiyanın Qərb təhdidinə reaksiyasından danışarkən, ola bilsin ki, “Oreşnik” raket sistemi ilə zərbələri nəzərdə tuturdu”.

Globalinfo.az xəbər verir ki, bu barədə Yaponiyanın “Nikkei” qəzeti yazıb.

Nəşr diqqəti Putinin “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasındakı çıxışında çəkib.

“Putin Moskvanın NATO-ya hücum etmək planlarını  inkar edib, lakin ittifaqdan təhlükə yaranarsa, Rusiyanın “cəld cavab verəcəyini” vurğulayıb. O, konkret əks tədbirlərin adlarını çəkməyib, lakin əlavə edib ki, bütün Avropanı əhatə edən bir sıra əməliyyatlara malik “Oreşnik” raketinin seriyalı istehsalına 2025-ci ildə Rusiyada başlanılacağı gözlənilir. Ehtimal var ki, bu, məhz onun nəzərdə tutduğu addımlardır”, – məqalədə deyilir.

Əliyar Xəlil

Globalinfo.az  

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
globalinfo.az

1Mənbələr