AZ

AYİB Transxəzər Dəhlizi üçün 45 milyon avro maliyyə ayırdı

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB ) Transxəzər dəhlizinə dəstək üçün 45 milyon avro vəsait ayırır. Metbuat.az xəbər verir ki, bu barədə AYİB məlumat yayıb. Bildirilib ki, 35 milyon avro həcmində kredit Qazaxıstanın Xəzər dənizində yerləşən əsas dəniz qapısı – Aktau limanının infrastrukturunun yenilənməsinə dəstək məqsədilə ayırılıb. Layihə, həmçinin Avropa İttifaqının Asiya-Sakit Okean İnvestisiya Mexanizmi çərçivəsində 10 milyon avroya qədər qrantla maliyyələşdiriləcək.
    Qeyd edilib ki, maliyyə vəsaiti limanın iki körpüsünün genişləndirilməsinə və hava şəraitinə davamlı kranların alınmasına yönəldiləcək. Bu tədbirlər nəticəsində limanın konteyner daşımaları üzrə ötürücülük qabiliyyəti iki dəfə artırılacaq, hər konteynerin yüklənmə-boşaldılma vaxtı isə hazırkı 4 dəqiqədən 2,5 dəqiqəyədək azalacaq.Aktau limanı AYİB-in rəhbərliyi və Aİ tərəfindən maliyyələşdirilən tədqiqatda Avropa ilə Mərkəzi Asiya arasında davamlı nəqliyyat əlaqələrinin əsas elementlərindən biri – Transxəzər Dəhlizinin mühüm həlqəsi kimi müəyyən edilib.Layihə Aktau limanının 2026-cı ilin sonunadək Xəzər regionunun ən böyük konteyner terminalını inkişaf etdirmək proqramına daxildir. Terminalın illik 3,4 mln. ton ekvivalentli konteyner emal edəcəyi proqnozlaşdırılır. Liman Qazaxıstanın “Samruk-Kazyna” dövlət rifah fondu tərəfindən idarə olunur və Qazaxıstan Dəmir Yolları tərəfindən istismar edilir.


    Seçilən
    15
    6
    metbuat.az

    7Mənbələr