AZ

Ölkələrin medal sıralaması - 3-cü MDB Oyunları

Azərbaycanın 3-cü MDB Oyunlarının medal sıralamasındakı mövqeyi dəyişməyib.

"Football-plus.az" xəbər verir ki, hazırda 2-ci pillədə olan komandamızın aktivində 8 qızıl, 21 gümüş, 33 bürünc medal var.

Siyahıya Rusiya (64 qızıl, 19 gümüş, 13 bürünc medal) başçılıq edir. Belarus (7 qızıl, 19 gümüş, 26 bürünc) üçüncü yerdədi.

Bu günə qədər 7 ölkə təmsilçiləri medal qazanıb.

Qeyd edək ki, ümumilikdə 13 ölkənin atletlərinin iştirak etdiyi 3-cü MDB Oyunları oktyabrın 8-də başa çatacaq.

Seçilən
27
2
football-plus.az

10Mənbələr