AZ

“İmişli” “Araz Naxçıvan”a, “Neftçi” “Zirə”yə qarşı


Bu gün Misli Premyer Liqasında 7-ci tura start veriləcək. İlk oyun günündə iki görüş keçiriləcək. Turun açılış matçında “Araz-Naxçıvan” “İmişli”ni sınağa çəkəcək. 6 turdan sonra 11 xalı olan Naxçıvan klubu turnir cədvəlində 4-cü, İmişli təmsilçisi isə 8 xalla 7-ci yeri tutur. Bu qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da keçiriləcək.

Digər görüşdə isə “Zirə” doğma divarlar arasında “Neftçi” ilə üz-üzə gələcək. Bu görüş də Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. 6 turdan sonra 12 xalı olan “Zirə” “Turan Tovuz”la birgə şərikli liderdir. Cəmi bir qələbəsi olan “Neftçi” isə 7 xalla 8-ci pillədə qərarlaşıb.

Mətləb

Seçilən
16
5
baki-xeber.com

2Mənbələr