AZ

ABŞ döyüş təyyarələri Venesuela hava məkanında: Karakasdan qəti etiraz

Venesuela ABŞ döyüş təyyarələrinin ölkənin hava məkanını pozmasına kəskin etirazını bildirib. Olaylar.az xəbər verir ki, müvafiq bəyanat Venesuela xarici işlər naziri İvan Gil Pintonun Teleqram kanalında dərc olunub: "Venesuela Bolivar Respublikasının Müdafiə və Xarici İşlər Nazirlikləri 2 oktyabr 2025-ci il tarixində ABŞ döyüş təyyarələrinin respublika sahillərindən təxminən 75 kilometr aralıda qanunsuz müdaxiləsini pisləyir və qətiyyətlə rədd edir".

Qeyd olunur ki, inteqrasiya edilmiş Aerokosmik Müdafiə Komandanlığı (CODAI) tərəfindən qeydə alınan hava sərhədlərinin pozuntusu "beynəlxalq hüquqa və Beynəlxalq Mülki Aviasiya üzrə Çikaqo Konvensiyasına zidd olaraq, milli suverenliyi təhdid edən təxribatdır".

Karakas ABŞ-ın müdafiə naziri Pit Heqsetdən "Latın Amerikası və Karib hövzəsində sülhə xələl gətirən və regional sabitliyə təhlükə yaradan ehtiyatsız, avantürist və döyüşkən mövqeyindən dərhal əl çəkməyi" tələb edib.

Müdafiə və Xarici İşlər nazirliklərinin bəyanatında vurğulanır ki, Venesuela "heç bir xarici güc tərəfindən hədə-qorxu və ya təcavüzü qəbul etmir və öz suverenlik hüququnu tam müdafiə edəcək" və Milli Bolivar Silahlı Qüvvələri daimi döyüş hazırlığı vəziyyətində qalacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
20
1
olaylar.az

2Mənbələr