AZ

“Qarabağ”ın futbolçusunun qolu UEFA Çempionlar Liqasında həftənin ən yaxşısı seçilib

“Qarabağ”ın futbolçusu Emmanuel Addainin vurduğu qol UEFA Çempionlar Liqasında həftənin ən yaxşısı seçilib.

Apasport.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Addai ilə yanaşı, “Mançester Siti”dən Erlinq Haaland, “Monako”dan Cordan Teze və PSV-nin futbolçusu İsmael Saibari də namizədlər arasında olub.

Qeyd edək ki, Emmanuel Addai “Qarabağ”ın “Kopenhagen” üzərində 2:0 hesablı qələbəsində ikinci qolun müəllifi olub.

Seçilən
26
9
apa.az

10Mənbələr