AZ

Türkiyə Azərbaycandan və Rusiyadan qaz idxalını artıracaq

Türkiyə Rusiyadan, Azərbaycandan və Türkmənistandan qaz idxalını artırmağı planlaşdırır. Bu barədə energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib .

O, CNN Türk-ə açıqlamasında vurğulayıb ki, qış mövsümü yaxınlaşır və bütün vətəndaşların qaz təminatı məhdudiyyətsiz olmalıdır.

Nazir qeyd edib ki, BOTAŞ şirkətinin idxal üzrə danışıqları davam edir və Ankara yalnız  ABŞ-la bağlanmış müqavilələrlə məhdudlaşmır. Bu il qaz təchizatı üzrə səkkiz yeni müqavilə imzalanıb.

Bayraktar əlavə edib ki, Türkiyə ABŞ-ın çağırışlarına baxmayaraq Rusiyadan qaz almağı davam etdirəcək.

Onun sözlərinə görə, Avropa isə Azərbaycan qazı məsələsində ziddiyyətli addımlar atır və vahid siyasət nümayiş etdirmir.

N.Təbrizli

Seçilən
15
1
anews.az

10Mənbələr