AZ

Türkiyə Rusiyadan qaz almağa davam edəcək?

ABŞ-ın çağırışına baxmayaraq, Türkiyə Rusiyadan təbii qaz almağa davam edəcək.

NOCOMMENT.az xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraqdar CNN Türk telekanalına açıqlamasında deyib.

“Rusiya ilə müqavilələrimiz var. Qış mövsümü yaxınlaşır. Vətəndaşlarımıza deyə bilmərik ki, qaz yoxdur. Biz Rusiyadan, Azərbaycandan və Türkmənistandan qaz almalıyıq”, – nazir bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp sentyabrın 25-də türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Vaşinqtonda keçirdiyi görüşdə Türkiyəni Rusiyadan qaz alışını dayandırmağa çağırmışdı.

Seçilən
5
3
nocomment.az

5Mənbələr