AZ

Türkiyə Rusiyadan təbii qaz almağa davam edəcək - Nazir

ABŞ-nin Türkiyənin Rusiya enerji resurslarının idxalını dayandırması ilə bağlı çağırışlarına baxmayaraq, Türkiyə Rusiyadan təbii qaz almağa davam edəcək.

Day.Az məlumatına görə, bu barədə Türkiyə energetika təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.

"Rusiya ilə müqavilələrimiz var. Qış mövsümü yaxınlaşır. Biz vətəndaşlarımıza qazın olmadığını deyə bilmərik. Qazı Rusiyadan, Azərbaycandan, Türkmənistandan almalıyıq", - nazir bildirib.

O qeyd edib ki, Türkiyə öz ehtiyaclarına görə enerji qaynaqlarını idxal edir.

Bundan əvvəl məlumat verilib ki, ABŞ prezidenti Donald Tramp sentyabrın 25-də türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Vaşinqtonda keçirdiyi görüşdə Türkiyəni Rusiyanın enerji resurslarının alınmasını dayandırmağa çağırıb.

Seçilən
12
3
day.az

5Mənbələr