
AFFA-nın bayrağı altında təşkil edilən Yüksək Qızlar Liqasında 2025/2026-cı illər mövsümünün püşkü atılıb.
Reyting.az xəbər verir ki, AFFA Yüksək Qızlar Liqasında ötən mövsümlə müqayisədə komanda sayı iki dəfə artırılıb.
12 klubun iştirakı ilə təşkil olunacaq çempionat iki dövrədən ibarət – ev-səfər prinsipi ilə dairəvi sistemlə keçiriləcək.
AFFA Yüksək Qızlar Liqasında I turun oyunları 9-12 oktyabr aralığında keçiriləcək.
I turun təqvimi
"Qəbələ" – "Araz-Naxçıvan"
"Sabah" – "Şəfa"
"Baku Juniors" – "Zaqatala"
"Sumqayıt" – "Təhsil"
"Dirçəliş" – "Liman"
"Neftçi" – Ümid" (Gəncə)