AZ

Türkiyədə kauçuk fabrikinin 32 əməkdaşı qazdan zəhərlənib


Türkiyənin Bartın şəhərində mindən çox işçinin çalışdığı kauçuk məmulatları fabrikinin 32 əməkdaşı yeni alınan avadanlığın qazından zəhərləniblər.
Türkiyə mediasının ən son dərc etdiyi məlumatlara görə, onlarda ürəkbulanma, qusma, başağrısı müşahidə olunub. Zərərçəkənlər təcili yardım və şəxsi avtomobillərlə şəhərdəki xəstəxanalara çatdırılıblar. Onlardan 26-sı tibbi müdaxilələrdən sonra buraxılıb, 6 işçinin müalicəsi isə davam edir. Türkiyə hüquq-mühafizə orqanları tərəfindən hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Mətləb

Seçilən
11
2
baki-xeber.com

4Mənbələr