AZ

Ermənistan Azərbaycanla əlaqələrin qurulmasından əsas faydalanan tərəflərdən biridir - NAZİRİN ETİRAFI

Ermənistan Azərbaycanla əlaqələrin qurulması və bərpasında çox maraqlıdır, çünki o bundan əsas faydalanan tərəflərdən biridir.

Herbiand.az xəbər verir ki, bu fikirləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Polşanın “TVP World” kanalına müsahibəsində bildirib .

“Dəmir yolu əlaqəsindən danışsaq, ekspertlərin qiymətləndirməsinə görə, onun tikintisi, məsələn, ən azı iki il vaxt ala bilər. Amma biz, məsələn, Azərbaycan Respublikasının infrastrukturu və ərazisindən istifadə edərək, yükləri göndərib qəbul edə bilərik”, - Mirzoyan qeyd edib.

O vurğulayıb ki, Azərbaycanla sülh müqaviləsinin mətni artıq paraflanıb və Ermənistan tərəfi bu sənədi mümkün qədər tez imzalamağa hazırdır.

Seçilən
21
12
herbiand.az

10Mənbələr