AZ

Mikayıl Cabbarov: Təbii inhisarlar mənfi anlayış deyil, əsas məsələ onların effektiv idarə olunmasıdır

Azərbaycanda təbii inhisarların effektiv və şəffaf tənzimlənməsi rəqabət mühitinin qorunması və iqtisadiyyatın sağlam inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən II Milli Rəqabət Forumunda bildirib.

Onun sözlərinə görə, gündəlik həyat və iqtisadi fəaliyyətin düzgün uzlaşdırılması üçün təbii inhisarların rolu və onların tənzimlənməsi xüsusi əhəmiyyət kəsb edir.

M. Cabbarov bildirib ki, bəzi hallarda təbii inhisar anlayışı ictimai müzakirələrdə və ekspert təhlillərində yanlış qəbul olunur:

"Təbii inhisar heç də mənfi anlayış deyil. Sadəcə olaraq, bu sahələrin düzgün tənzimlənməsi vacibdir. Azərbaycanda bir sıra strateji əhəmiyyətli sahələrdə fəaliyyət əsasən təbii inhisar subyektləri tərəfindən həyata keçirilir. Ölkə kontekstində bu, adətən dövlət müəssisələrinə aiddir".

Nazir əlavə edib ki, dövlət müəssisələrinin təbii inhisar statusunun idarə olunması rəqabət mühitinin qorunması baxımından daim diqqət mərkəzindədir:

"Bu sahələrin müəyyən qədər özəl sektor üçün açılması, yeni oyunçuların meydana gəlməsi təbii inhisarların mövqeyi ilə balanslı şəkildə tənzimlənir. Bu proses həm qəbul edilmiş qanunvericilik, həm də aparılan institusional islahatlarla dəstəklənir. Ayrı-ayrı dövlət müəssisələrində korporativ idarəetmənin gücləndirilməsi və dövlət holdinqlərinin yaradılması da məhz bu məqsədə xidmət edir".

Seçilən
25
6
ikisahil.az

7Mənbələr