AZ

Oliqarx İbrahim Süleymanov Moskvada saxlanıldı

Milyarder İbrahim Süleymanov Moskvada saxlanılıb.

"Unikal" xəbər verir ki,  bu  barədə "Baza" teleqram kanalı məlumat yayıb.

Məlumata görə, milyarder qətldə şübhəli bilinir. Belə ki, iş adamı oktyabrın 2-nə keçən gecə saxlanılıb.

"O, hazırda həbsdədir və müstəntiqlər onun barəsində həbs-qətimkan tədbiri seçilməsini xahiş etmək niyyətindədirlər. Süleymanov müasir Rusiyanın ən müəmmalı və nüfuzlu oliqarxlarından biri hesab olunur. O, əvvəllər dələduzluq və çirkli pulların yuyulmasında təqsirli bilinib, lakin həbsdən sonra da nüfuzunu və hakimiyyətini qoruyub saxlayıb. O, əvvəllər dövlətə məxsus olan “Sirena-Travel” aviaşirkətinin rezervasiya sisteminə nəzarət edib və nəqliyyat, aviasiya və informasiya texnologiyaları kimi əsas sektorlarda nüfuz sahibi olub", - məlumatda qeyd olunub. 

Gülayə Mecid 

Seçilən
41
5
unikal.az

7Mənbələr