AZ

Milyarder İbrahim Süleymanov Moskvada saxlanıldı

Rusiyalı milyarder İbrahim Süleymanov Moskva Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə VÇK-OQPU Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, Süleymanov oktyabrın 2-si gecə saatlarında saxlanılıb. Milyarderin qətldə ittiham olunduğu bildirilir.

Qeyd edək ki, İbrahim Süleymanov Rusiyanın az tanınan milyarderlərindəndir. Əvvəllər dələduzluq və çirkli pulların yuyulmasında təqsirli bilinib.

Rusiya mətbuatının yazdığına görə, Süleymanov təmtəraqlı həyat tərzi sürür.

Əslən Dağıstandan olan 58 yaşlı milyarder həm də dövlətə məxsus “Sirena-Travel” aviabiletlərin bron edilməsi sisteminə nəzarət edir.

Seçilən
31
4
konkret.az

5Mənbələr