Xalq artisti Aygün Kazımova Azərbaycan estrada musiqisində ilkə imza ataraq, 40 illik musiqi irsini bir neçə sənət dostlarının ifasında dinləyicilərə təqdim edib.
Kulis.az xəbər verir ki, məşhur sənətçi bunun üçün 31 sənət nümayəndəsini bir araya toplayıb. Aralarında Xalq, Əməkdar artistlərin, gənc ifaçıların da yer aldığı sənətçilər Pop kraliçanın repertuarından əfsanəyə çevrilən əsərləri ilə yanaşı, dillər əzbəri olan hitlərinə yeni nəfəs veriblər.
Qeyd edək ki, “Best of Aygun - All stars” adlı alboma daxil olan ifaçılar arasında Xalq artistləri - Zülfiyyə Xanbabayeva, Tünzalə Ağayeva, Əməkdar artistlər - Lalə Məmmədova, Abbas Bağırov, müğənnilər Zamiq Hüseynov, Günay İbrahimli, Aysel Əlizadə, Elnur Məmmədov, Nigar Camal və başqaları daxildir.