AZ

FIFA çempionatın topunu təqdim etdi

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası 2026-cı il Dünya Çempionatının oyun topunu təqdim edib.

Yenisabah.az xəbər verir ki, top ispan dilindən tərcümədə "üç dalğa" kimi tərcümə olunan "Trionda" adlandırılıb.

Bu, Dünya Kubokunun tarixi anına istinaddır: ilk dəfə olaraq üç ölkədə - Kanada, Meksika və ABŞ-də keçiriləcək. Toyuqlu pizza

Topunun özü üç rəngdə hazırlanıb - qırmızı, yaşıl və mavi. O, həmçinin hər bir ev sahibi ölkəni təmsil edən simvollarla bəzədilib: Kanada üçün ağcaqayın yarpağı, Meksika üçün qartal və ABŞ üçün ulduzlar.

FIFA bundan əvvəl dünya çempionatının maskotlarını təqdim etmişdi. Seçilmiş maskotlar "Maple moose" (Kanadanı təmsil edir), "Zaya yaguar" (Meksika) və "Clutch eagle"-dır (ABŞ).

Dünya çempionatı 2026-cı il iyunun 11-dən iyulun 19-dək keçiriləcək.


Telegram kanalımız
Seçilən
69
1
yenisabah.az

2Mənbələr