AZ

Nazir: Bazar iqtisadiyyatının əsas dayaqlarından biri rəqabət mühitidir

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Rəqabət olmayan yerdə innovasiya və məhsuldarlıq da olmur".

Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov II Milli Rəqabət Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, İqtisadiyyat Nazirliyinin prizmasından baxdıqda bazar iqtisadiyyatının əsas dayaqlarından biri rəqabət mühitidir:

"Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində ölkəmizdə iqtisadi mühitin təkmilləşməsi, sahibkarların rəqabət qabiliyyətinin artması və yerli və xarici investisiyalar üçün əlverişli şəraitin yaradılması müşahidə olunur.

ABŞ-də sülh gündəliyinə imza atılması və bundan irəli gələn proseslər ölkəmizin beynəlxalq iqtisadi əlaqələrinə marağı daha da artıracaq. Bu da yeni imkanlarla yanaşı, rəqabət mühitinin möhkəmlənməsinə xidmət edəcək".

Nazirin sözlərinə görə, qarşıda duran əsas vəzifə ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini daha da artırmaq, yeni bilik və bacarıqlara yiyələnmək və texnologiyaların mənimsənilməsini təmin etməkdir:

"Çünki bilik, bacarıq və düzgün biznes mühiti olmadan iqtisadi inkişafın dayanıqlı olması mümkün deyil.

Bu forumun da ölkəmizdə rəqabət mühitinin daha da möhkəmlənməsinə töhfə verəcəyinə inanıram".

Aygün Mirakif

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
oxu.az

1Mənbələr