AZ

Agentlik sədri: Rəqabət qanunvericiliyinin pozulması ilə bağlı 12 iş qaldırılıb

2025-ci ilin 8 ayı ərzində ötən ilin müvafiq dövrünə nəzərən bazar subyektləri tərəfindən haqsız rəqabətə yol verilməsi, eləcə də iqtisadi təmərküzləşmə əməliyyatları üzrə baxılmış müraciətlər 2 dəfəyədək, qanunsuz reklamların yayımı və təbii inhisar subyektlərinin göstərdiyi xidmətlərlə əlaqədar baxılan müraciətlər isə 20%-dək artıb. 83 təmərküzləşmə əməliyyatı araşdırılıb. Bütün bunlar rəqabət mühitində fəallığı və davamlı inkişaf dinamikasını nümayiş etdirir.

Teleqraf xəbər verir ki, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov bildirib.

Onun sözlərinə görə, il ərzində haqsız rəqabətə yol verilməklə rəqabət qanunvericiliyinin pozulması ilə bağlı 54 araşdırmaya başlanılıb və 12 iş qaldırılıb:

"Əlbəttə ki, görülən tədbirlərin bir məqsədi var: rəqabəti pozan davranışlardan çəkindirmək və rəqabət mədəniyyətinin təşəkkülünə nail olmaq. Məhz bunun nəticəsidir ki, 14 təsərrüfat subyekti aşkar olunmuş pozuntu hallarını könüllü aradan qaldırıb. Sahibkarlıq subyektlərinin bu addımı onların rəqabət mühitinə artan həssaslığının göstəricisidir. Fürsətdən istifadə edərək, bu gün bu kürsüdən istehlakçı-mərkəzli rəqabət siyasətini dəstəkləyən, onun tətbiqinə töhfə verən hər bir sahibkara, bu ekosistemin tərkib hissəsi olan hər bir bazar iştirakçısına dərin minnətdarlığımı bildirmək istəyirəm".

Seçilən
77
4
teleqraf.com

9Mənbələr