Rusiya hüquq-mühafizə orqanları Moskvada milyarder İbrahim Süleymanovu saxlayıb.
Musavat.com xəbər verir ki, onun qətldə şübhəli bilinərək saxlanıldığı bildirilir.
Məlumatı Rusiya ictimai qrupları yayıb.
İlkin məlumatlara görə, hüquq-mühafizə orqanlarının əməkdaşlarının bir neçə il əvvəl törədilmiş cinayətlə bağlı Süleymanova sualları var.
Xatırladaq ki, 2004-cü ilin oktyabrında Rusiya Baş Prokurorluğu İbrahim Süleymanovu biznes ortağı Tatevos Surinovla birlikdə 4,5 milyon dollarlıq aviasiya avadanlığının mənimsənilməsi və yuyulmasında ittiham edərək həbs etmişdi. Süleymanov 10 il 8 ay müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkmiş, lakin 2015-ci ildə şərti azadlığa buraxılmışdı.