AZ

Milyarder İbrahim Süleymanov Moskvada qətldə şübhəli bilinərək saxlanılıb

Milyarder İbrahim Süleymanov Moskvada saxlanılıb...

Poliqon xəbər verir ki, o, qətldə şübhəli bilinir.

Məlumata görə, iş adamı oktyabrın 2-nə keçən gecə saxlanılıb. O, qətldə, xüsusən də əvvəlki illərdə baş vermiş hadisələrlə bağlı ittiham olunur.

O, hazırda həbsdədir və müstəntiqlər onun barəsində həbs-qətimkan tədbiri seçilməsini xahiş etmək niyyətindədirlər.

Əslən Dağıstandan olan Süleymanov müasir Rusiyanın ən müəmmalı və nüfuzlu oliqarxlarından biri hesab olunur. O, əvvəllər dələduzluq və çirkli pulların yuyulmasında təqsirli bilinib, lakin həbsdən sonra da nüfuzunu və hakimiyyətini qoruyub saxlaya bilib.

Poliqon.info

Seçilən
33
4
poliqon.info

10Mənbələr