AZ

İndi də vikipediyaya rəqib platforma yaradır

Amerikalı biznesmen İlon Mask tez-tez qərəzli olmaqda ittiham etdiyi vikipediyaya alternativ olaraq yeni platforma yaradır.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, Mask “X” sosial şəbəkəsində etdiyi paylaşımda yazıb: “Biz xAI olaraq “Grokipedia”nı qururuq. Bu, vikipediyanın daha çox inkişaf etmiş versiyası olacaq”.

Məlumata görə, platformanın hər kəsin töhfə verə biləcəyi açıq mənbəli məlumat bazası və məhdudiyyətsiz giriş imkanına sahib olması planlaşdırılır.

Qeyd edək ki, İ.Mask daha əvvəl vikipediyanın “woke” ideologiyasından (sosial ədalət və bərabərlik mövzularında həddindən artıq həssaslıq və siyasi korrektlik anlayışı - red.) təsirləndiyini və maliyyələşmə mənbəyinin açıqlanmalı olduğunu bildirmişdi. Vikipediyanın qurucularından biri olan Lerri Senqer də platformanın etibarlılığını itirdiyini deyərək oxşar tənqidlər səsləndirmişdi.

"Cebheinfo.az" 

Seçilən
25
5
cebheinfo.az

6Mənbələr