AZ

Agentlik sədri: "Rəqabət biznes subyektlərini daha çevik, innovativ və səmərəli fəaliyyətə sövq edir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Bazar iqtisadiyyatında sağlam rəqabətin mövcudluğu təkcə milli iqtisadiyyatın güclənməsi üçün deyil, həm də qlobal iqtisadi sistemin davamlı inkişafı üçün vacibdir".
Oxu.Az xəbər verir ki, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov II Milli Rəqabət Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, rəqabət biznes subyektlərini daha çevik, innovativ və səmərəli fəaliyyətə sövq edir:
"Nəticədə, bazarlarda qiymətlər ədalətli şəkildə formalaşır, keyfiyyət yüksəlir, istehlakçıların seçim imkanları genişlənir, ümumilikdə isə milli iqtisadiyyatın inkişafı stimullaşdırılır. Rəqabət orqanı olaraq həyata keçirdiyimiz fəaliyyətlər isə bu sahədə tənzimləmənin özəyini təşkil edir".
Aygün Mirakif
Seçilən
45
50
oxu.az

10Mənbələr