AZ

Çexiyada parlament seçkiləri başlayır

Bu gün Çexiyada iki gün davam edəcək parlament seçkiləri başlayır.

APA xəbər verir ki, bu barədə “IDNES” məlumat yayıb.

Məlumata görə, bu seçkilər Ukraynanı dəstəkləməyə meyilli olmayan siyasi qüvvələrin hakimiyyətə gəlməsi ilə nəticələnə bilər.

Son aylar ərzində sorğularda sabiq Baş nazir Andrey Babişin rəhbərlik etdiyi ANO partiyası liderlik edir və onun yenidən Baş nazir postuna qayıtmaq şansı yüksəkdir.

Çexiyada bir çoxları hesab edir ki, Babişin qələbəsi ölkənin, o cümlədən Ukraynaya münasibətdə xarici siyasətinin dəyişməsinə səbəb olacaq.

Bildirilir ki, seçkiyə az qalmış ölkədə Rusiya yönlü qüvvələri dəstəkləyən yüzlərlə TikTok hesabı aşkarlanıb.

Seçilən
22
4
apa.az

9Mənbələr