AZ

“Azərbaycan artıq Avropa üçün alternativ enerji mənbəyi kimi strateji əhəmiyyət kəsb edir” - DEPUTAT ŞƏRH ETDİ

“Prezident İlham Əliyevin Kopenhagendə keçirilən Avropa Siyasi Birliyinin Zirvə görüşündəki iştirakı və rəsmi görüşləri Azərbaycan-Avropa münasibətlərində bir neçə mühüm mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər”. Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, enerji tərəfdaşlığının dərinləşməsində Azərbaycan artıq Avropa üçün alternativ enerji mənbəyi kimi strateji əhəmiyyət kəsb edir: "Rusiya-Ukrayna müharibəsindən sonra Avropa enerji təhlükəsizliyində diversifikasiya axtarışında Azərbaycanın rolu xeyli artıb. Bu səfər bu istiqamətdə əməkdaşlığın yeni formatlarının müzakirəsinə zəmin yaradır.

Sülh proseslərində Avropanın rolunun artırılması və iştirakının vacibliyi önəm kəsb edir. Ermənistan-Azərbaycan münasibətlərində normallaşma və regionda sülhün bərqərar edilməsi istiqamətində Avropa strukturlarının daha aktiv iştirakı gündəmə gəlir. Bu, həm ikitərəfli münasibətlərdə, həm də regional təhlükəsizlik arxitekturasında Avropanın maraqlı tərəf kimi qalması deməkdir. ABŞ prezindeti Trump-ın bu prosesə töhvə verməsi avropa liderlərinidə aktiv olmağa məcbur edir.

Geosiyasi balanslaşdırma siyasətinin davam etdirilməsi Azərbaycan üçün çox vacibdir. Bu baxımdan Azərbaycan ənənəvi olaraq tarazlı xarici siyasət yürüdür - Şərq və Qərblə paralel əməkdaşlıq. Bu səfər Azərbaycanın Avropa inteqrasiyasında yeni addımlar atmaq istəyini göstərir, lakin tam qərb yönümlü siyasətə keçid yox, çoxtərəfli diplomatiya strategiyasının davamıdır. İqtisadi əməkdaşlığın genişləndirilməsidə vacibdir. Enerji sektorundan kənarda - ticarət, investisiyalar, infrastruktur layihələri və regional əlaqələndirmə məsələlərində əməkdaşlığın gücləndirilməsi perspektivləri araşdırılır. Tezliklə bu sahədə mühüm addımlar atılacaq.

Azərbaycanın beynəlxalq nüfuzunun artması üçün davamlı işlər görülür. Yeni reallıqlar avropa liderləri tərəfindəndə qəbul edilir.
Belə yüksək səviyyəli görüşlər Azərbaycanın regional və beynəlxalq arenada konstruktiv və etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Bu səfər pragmatik tərəfdaşlıq və qarşılıqlı maraqlar əsasında qurulan münasibətlərin yeni mərhələsinin indikatorudur - Avropa üçün enerji təhlükəsizliyi və regional sabitlik, Azərbaycan üçün isə iqtisadi inkişaf və beynəlxalq inteqrasiyada yeniliklər”.

Müəllif: Arzu Qurbanlı
Seçilən
34
50
sia.az

10Mənbələr