Norveçin Finnmark bölgəsində, Rusiya sərhədi yaxınlığında keçirilən hərbi təlimlər zamanı itkin düşən son beş hərbçi tapılıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə NRK məlumat yayıb.
Məlumata görə, təlimlər başa çatdıqdan sonra 7 nəfər hərbçi toplanma yerinə vaxtında gəlməyib və onlarla əlaqə kəsilib.
Axtarışlara xilasedicilər, polis, silahlı qüvvələr və Qızıl Xaç cəlb edilib.
Bildirilir ki, ilk olaraq 2 nəfər gecə saatlarında helikopterlə aşkar edilib. Qalan 5 nəfəri isə səhər saatlarında tapmaq mümkün olub.