AZ

Vyetnamda “Bualoy” tayfunu: 51 ölü, 160-dan çox yaralı – VİDEO

Vyetnamda baş verən güclü “Bualoy” tayfunu ölkədə böyük insan tələfatı və dağıntılarla nəticələnib.

İnterpress.az xəbər verir ki, bu barədə bəndlərin idarə olunması və təbii fəlakətlərin qarşısının alınması departamentindən məlumat verilib.

 Rəsmi məlumatlara görə, təbii fəlakət nəticəsində azı 51 nəfər həyatını itirib, 160-dan çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Ölkənin Dambaların İdarəolunması və Təbii Fəlakətlərin Qarşısının Alınması Departamenti bildirib ki, güclü külək və leysan yağışları səbəbindən bir çox bölgədə torpaq sürüşmələri baş verib, yaşayış evləri, yollar və infrastruktur zədələnib.

Xilasetmə və təxliyə işləri davam edir. Yerli hakimiyyət orqanları təcili yardım xidmətlərini gücləndirib, fəlakət bölgələrinə humanitar yardım və tibbi ləvazimatlar göndərilib. On minlərlə insan təhlükəsiz ərazilərə köçürülüb.

Meteoroloqlar xəbərdarlıq edirlər ki, “Bualoy” tayfununun yaratdığı fəsadlar hələ də davam edə bilər, çünki bölgədə yağıntıların və güclü küləklərin davam edəcəyi proqnozlaşdırılır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
49
interpress.az

1Mənbələr