AZ

Sözlərində təhqir var imiş - Əlavə ekspertlər gələcək

“Şərur” MTK-nın sahibi İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) barəsində xüsusi ittiham qaydasında verilən şikayət üzrə məhkəmə iclası keçirilib.

Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bugünkü prosesdə iş adamını məhkəməlik edən videomaterialla bağlı ekspert rəyi elan olunub.

İ.Axundovdan “Proqres 2016” MTK-nın hazırda həbsdə olan rəhbəri Emil Səməndərov şikayət verib. Xüsusi ittihamçını məhkəmədə vəkil Asim Abbasov müdafiə edir.

E.Səməndərov barəsində külli miqdarda dələduzluq ittihamı ilə cinayət işi aparılır, lakin hələ yekun hökm çıxarılmayıb. Şikayətində qeyd olunur ki, İ.Axundov verilişlərin birində onu “dələduz” adlandırıb.

Ekspertlər həmin videoçıxışı təhlil edərək İ. Axundovun sözlərində təhqir əlamətlərinin olduğunu müəyyənləşdirib.

Seçilən
30
11
publika.az

10Mənbələr