AZ

Ərsin Tatar Azərbaycana gəlir

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC ) Prezidenti Ərsin Tatar Azərbaycana səfər edəcək.

Sitat.info xəbər verir ki, bu barədə Report-a bu ölkənin Azərbaycandakı nümayəndəsi Ufuk Turqaner məlumat verib.

O bildirib ki, ŞKTC prezidenti oktyabrın 6-7-də Azərbaycanda səfərdə olacaq.

Ə.Tatar səfər çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının Qəbələdə keçiriləcək 12-ci Zirvə görüşündə iştirak edəcək.

Xatırladaq ki, 2022-ci ildən etibarən Şimali Kipr Türk Cümhuriyyəti TDT-nin müşahidəçi üzvüdür.

Seçilən
19
21
sitat.info

10Mənbələr