AZ

İstilər yenidən qayıdır - Şənbə gününün havası

Oktyabrın 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.

XəzərNews.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, şimal-şərq küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə +13 dərəcədən +16 dərəcəyədək, gündüz +19 dərəcədən +24 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 55-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə +12 dərəcədən +16 dərəcəyədək, gündüz +19 dərəcədən +24 dərəcəyədək, dağlarda gecə +1 dərəcədən +6 dərəcəyədək, gündüz +10 dərəcədən +15 dərəcəyədək olacaq.

Xəbər 5 dəfə oxunub.
Seçilən
24
11
xezernews.az

10Mənbələr