AZ

Marqarita Simonyan ərini gizli basdırıb

Rusiyanın erməni əsilli rejissoru və prodüseri Tiqran Keosayanın basdırıldığı yer gizli saxlanır.

Musavat.com Medianews.az-a istinadən bildirir ki, Tiqran Keosayan sentyabrın 26-da 59 yaşında Rusiya paytaxtı Moskvada ölüb. Sentyabrın 28-də Moskvada erməni kilsəsində onunla vida mərasimi keçirilib. Mərasimdə ölkənin bir sıra tanınmış şəxsləri iştirak ediblər. Sonda Keosayanın tabutu hamının gözü qabağında kilsədən çıxarılıb və naməlum istiqamətə aparılıb. Onun harada basdırıldığı indiyədək ictimaiyyətə açıqlanmayıb.

Medianews.az qeyd edir ki, hazırda bu məsələ sosial şəbəkələrin Rusiya və Ukrayna seqmentində geniş müzakirə olunur. “Keosayan harada basdırılıb?”, “Dəfndə kimlər iştirak edib?” kimi cavabsız suallar verilir. Hətta bəziləri Keosayanın qəbri üstünə gül dəstəsi qoymaq istədiyini bildirsə də, sualına cavab tapmır.

Tiqran Keosayan erməni əsilli jurnalist, Rusiyanın RT kanalının baş redaktoru Marqarita Simonyanın əri olub. Ər-arvad Putin rejiminin, Ukrayna müharibəsinin qatı tərəfdarı və təbliğatçısı kimi ad çıxarıb. Bəziləri Keosayanın basdırıldığı yerin məhz bu səbəbdən gizlədildiyini düşünürlər. Onların iddiasına görə, bugünlərdə özünün də ağır xəstə olduğunu açıqlamış 45 yaşlı Marqarita Simonyan Putin rejimindən, xüsusilə Ukrayna müharibəsindən yanıqlı olanların Keosayanın qəbrini təhqir edəcəyindən qorxur.

Seçilən
19
1
musavat.com

2Mənbələr