AZ

İstanbulu gözləyən TƏHLÜKƏ: Rəsmi qurumlar əhaliyə ÇAĞIRIŞ ETDİ

İstanbulun su anbarlarında suyun səviyyəsi 28 faizdən aşağı düşüb.

Musavat.com xəbər verir ki, bu göstərici şəhəri təxminən 75 gün ərzində yağışsız halda su ilə təmin edə bilər.

İstanbul Su və Kanalizasiya İdarəsinin (İSKİ) məlumatına görə, 10 su anbarından yalnız biri 25 faizdən çox doludur, dördündə isə bu göstərici 2 faizdən də azdır.

Apreldən bəri 16 milyondan artıq əhalisi olan şəhərin su ehtiyatları 80 faizdən indiki səviyyəyə qədər azalıb. Hazırda İstanbulun gündəlik su istehlakı təqribən 3,18 milyon kubmetr təşkil edir. Rəsmi qurumlar əhalini suya qənaət etməyə çağırır. Sinoptiklər isə yaxın günlərdə güclü yağışların yağacağını proqnozlaşdırırlar.

Xatırladaq ki, son on ildə ən aşağı su səviyyəsi 2023-cü ildə qeydə alınıb. Həmin vaxt su anbarlarının doluluğu cəmi 16 faiz olmuş, quraqlıq səbəbindən bağ və parkların suvarılmasına məhdudiyyətlər qoyulmuşdu.

Musavat.com

Seçilən
31
musavat.com

1Mənbələr